16.02.2023

Ümumi təhsil müəssisələrinin rəhbərləri ilə iclas keçirilib

Oğuz rayon Təhsil sektorunda ümumi təhsil müəssisələrinin rəhbərləri ilə iclas keçirilib.

İclası giriş sözü ilə RTS-nin müdiri S.Nəbiyev açaraq, ümumi təhsil müəssisələrində aparılan monitorinqlərin nəticələri, ümumtəhsil müəsissələrində görülən işlərdən, bu istiqamətdə həyata keçirilən tədbirlərdən söz açıb.

RTS-nin baş məsləhətçisi N.Adıyev ümumi təhsil müəssisələrində əmək intizamının gücləndirilməsi, sağlam mühitin formalaşdırılması, tərbiyə işinin keyfiyyətinin yüksəldilməsi sahəsində qarşıda duran vəzifələr barədə çıxış edib.

RTS-nin metodisti G.Abdullayeva ümumtəhsil məktəblərində təşkil olunmuş tədbirlərin məktəblərin rəsmi facebook səhifəsində işıqlandırılması, "Ən yaxşı təqdimat” müsabiqəsinə şagirdlərin cəlb edilməsi və bu məsələyə xüsusi diqqətlə yanaşılması barədə təhsil müəssisələrinin rəhbərlərinə müvafiq təlimat verib. Eyni zamanda RFO-nun yarımfinal mərhələsində iştirak hüququ qazanmış şagirdlərə hazırlıq üzrə dəstək məqsədilə 14-25 fevral tarixlərdə hər bir fənn üzrə iki yaş qrupda olmaqla (VIII-IX və X-XI siniflər) onlayn hazırlıq keçirilməsi barədə məktəb rəhbərləri məlumatlandırılıb.

İclasda “İnnovativ məktəb layihəsi”ndə iştirak edən N.İbrahimli adına Oğuz şəhər 3 nömrəli məktəb-liseyin sinifdənxaric və məktəbdənkənar işlər üzrə direktor müavini E.İsrafilov İsraildə iştirak etdiyi təlim barədə iclas iştirakçılarına məlumat verib. O öz çıxışında layihənin məqsəd və qarşıda duran vəzifələri barədə fikirlərini bölüşüb.


Açar sözlər: ,  ,  ,