14.02.2023

IV Respublika müsabiqəsinin final mərhələsi keçirilib

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi, “Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi” PHŞ-nin təşəbbüsü və təşkilatçılığı ilə 2023-cü ilin 9-10 fevral tarixlərində “Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” IV Respublika müsabiqəsinin final mərhələsi keçirilib.

Müsabiqənin məqsədi regionlar üzrə ekoloji təmiz kənd təsərrüfatının inkişafı və Azərbaycanın aqrobiomüxtəlifliyinin qorunması sahəsində məktəblilərin bilik və bacarıqlarının artırılması, ekoloji təmiz yerli mədəni bitki növlərinin becərilməsi, yerli heyvan cinslərinin qorunub saxlanılması, kənd təsərrüfatı sərvətlərinin öyrənilməsi, onların istifadəsi, bərpası mühafizəsinə dair şagirdlərin maarifləndirilməsindən ibarətdir.

Müsabiqədə ümumtəhsil və internat məktəblərinin V-XI sinif şagirdləri, məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri fərdi, kollektiv, sinif, ailə və ya məktəb şəklində iştirak edən 3000 nəfərdən 100 nəfər final mərhələsinə vəsiqə qazanıb və müsabiqə meyvəçilik, subtropik bitkilər, arıçılıq, heyvandarlıq, meşə məhsulları, tərəvəzçilik, gülçülük, dənli bitkilər, texniki bitkilər, “balaca fermer” (I-IV siniflər), Qarabağın biomüxtəlifliyi nominasiyaları üzrə aparılıb.

Müsabiqənin final mərhələsinin nəticələrinə əsasən, Şəki-Zaqatala Regional Təhsil İdarəsi üzrə arıçılıq nominasiyası üzrə I yerə Həmzəyev Kənan (Qax), II yerə Ceerçiyeva Həcər (Balakən), meşə məhsulları nominasiyası üzrə II yerə Həbibullayeva Fidan (Oğuz) layiq görülüb. Qran-pri qalibi isə Həmzəyev Kənan (Qax) olmuşdur.

Sonda qaliblər diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.


Açar sözlər: ,  ,