06.02.2023

"Heydər Əliyev və Azərbaycan elmi " mövzusunda konfrans keçirilib

Oğuz rayon A.Əliyev adına Padar kənd tam orta məktəbində "Heydər Əliyev və Azərbaycan elmi " mövzusunda konfrans keçirilib.

Konfransda YAP Oğuz rayon təşkilatının sədri S.Məhərrəmov, Oğuz rayon Təhsil sektorunun əməkdaşları H.Rəsulova, G.Abdullayeva, Ş.Soltanov, müəllim və şagird kollektivi iştirak ediblər.

Konfrans Dövlət Himninin səsləndirilməsi, daha sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Konfransda çıxış edənlər ötən əsrin 70-ci illərindən etibarən 30 ildən artıq bir müddətdə Azərbaycanda elm, təhsil, mədəniyyət və iqtisadiyyatın təşəkkülü və inkişafının bilavasitə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin genişmiqyaslı fəaliyyətində təhsilin inkişafı prioritet sahə kimi mühüm yer tutub, təhsilin cəmiyyətin inkişafında rolunu və şəxsiyyətin formalaşmasında əhəmiyyətini daim yüksək qiymətləndirən dahi rəhbərin qəbul etdiyi qərarlar, uzaqgörənliklə irəli sürdüyü konseptual fikirlər və ideyalar, tarixi tövsiyələr bu gün də ölkəmizdə təhsil islahatlarının əsas istiqamətlərinin müəyyənləşdirilməsinə öz töhfəsini verir.

Sonda şagirdlər tərəfindən ədəbi-bədii kompozisiya nümayiş etdirilib.


Açar sözlər: ,  ,  ,