Polis Akademiyası əməkdaşlarının iştirakı ilə Balakən rayon ümumi təhsil müəssisələrinin direktorları ilə Polis Akademiyasına qəbul barədə görüş keçirilib.
Tədbirin keçirilməsində əsas məqsəd yeniyetmə və gənclərimizin təhsilə təşviq edilməsi, sağlam həyat tərzinin təbliği, eləcə də onlarda vətənpərvərlik hissinin daha da yüksəldilməsi olub.
Görüşdə Akademiyaya kursant qəbulu qaydaları ilə bağlı suallar cavablandırılıb, akademiyada gənclərimizin hərtərəfli inkişafı üçün yaradılan müasir şərait, zəngin kitabxanalar, xarici dil kursları, laboratoriyalar, yataqxanalar və asudə vaxtlarının səmərəli təşkili məqsədilə görülən işlərdən danışılıb.
Sonda Polis Akademiyasındakı tədris prosesinə, kursantların hazırlığına həsr edilmiş videoçarx nümayiş olunub.