Şəki -Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil məktəblərinin şagirdləri “Əlaçı” televiziya layihəsinin seçim turunda iştirak edib.
Şəki şəhər 11 nömrəli tam orta məktəbdə keçirilən seçim turunda Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonların hər birindən 30 nəfər (15 qız, 15 oğlan) olmaqla ümumilikdə 180 nəfər X sinif şagirdləri mübarizəyə qoşulub.
Test üsulu ilə keçirilən müsabiqədə şagirdlərə bütün fənləri əhatə edən 50 açıq sual verilib.
Müsabiqənin nəticələri barədə şagirdlərin təhsil aldıqları məktəblər üzrə məlumatlar veriləcək.
Qeyd edək ki, yekununa görə, ən yüksək nəticə göstərən şagirdlər “Əlaçı” televiziya layihəsinin çəkilişlərində iştirak edəcəklər.