07.02.2023

İşə qəbul üzrə müsabiqəyə start verilir

Şəki - Zaqatala Regional Təhsil İdarəsi tərəfindən tabeliyindəki ümumi təhsil müəssisələrində laborant, kitabxanaçı, katibə-makinaçı, gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, təsərrüfat müdiri, təsərrüfat işləri üzrə direktor müavini, uşaq birliyi təşkilatı rəhbəri və psixoloq vəzifələrinə işə qəbul üzrə müsabiqə elan edir.

Qeyd edilən vəzifələr üzrə işə qəbul olmaq istəyən şəxslər 7-21 fevral 2023-cü il tarixlərində https://forms.gle/rkUpPYxTUYzy2hyK7 linki vasitəsilə qeydiyyatdan keçə bilərlər. Həmçinin aşağıdakı keçiddən istifadə edərək Regional Təhsil İdarəsinin tabeliyində olan məktəblər üzrə vakansiyalarla tanış ola bilərsiniz

https://drive.google.com/.../1pdRQSkXoLrLKNyoHp4W.../view...

Məlumat üçün bildirək ki, imtahana qədər yeni vakant yerlər siyahıya əlavə olunacaq.

Müvafiq qaydada qeydiyyatdan keçmiş şəxslər elektron ərizədəki məlumatlarının uyğunluğu yoxlanıldıqdan sonra müsabiqənin test imtahanı mərhələsinə dəvət ediləcək. Test imtahanı 50 sualdan ibarət olmaqla 20 ixtisas, 15 informatika və 15 məntiqi təfəkkürün yoxlanılması üzrə təqdim ediləcək.

Adıçəkilən vəzifələr üzrə ixtisas tələbləri və müsabiqə proqramına aşağıdakılar daxildir:

 

Laborant vəzifəsi üzrə

 

- ixtisas tələbləri: Tam orta təhsil, əmək stajına tələb qoyulmadan;

- Laboratoriya işləri və dərs məşğələlərinin keçirilməsi üzrə hüquqi aktlar;

- tədris avadanlıqları, təlimin texniki vasitələri, cihazlardan istifadə olunmasının mövcud standartları və texniki şərtləri;

- avadanlıqlardan istifadə qaydaları;

- əməyin təşkilinin əsasları; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, yanğından mühafizə norma və qaydaları;

- etik davranış qaydaları;

- informasiya-kommunikasiya texnologiyalarından istifadə tələbləri;

 

Kitabxanaçı vəzifəsi üzrə

 

- ixtisas tələbləri: Tam orta təhsil və 3 ildən az olmayaraq əmək stajı; orta ixtisas təhsili, əmək stajına tələb qoyulmadan;

- “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanunu;

- təhsil müəssisəsinin inkişaf perspektivləri,

- kitabxanaşünaslıq və biblioqrafiya; oxuculara xidmətin əsasları; kitabxana fondunun uçotu və saxlanması; kitabların qəbul edilmiş beynəlxalq təsnifat sistemi və kataloqun tərtibi normaları;

- etik davranış qaydaları;

- informasiya-kommunikasiya texnologiyalarından istifadə tələbləri;

- əmək qanunvericiliyi; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, yanğından mühafizə norma və qaydaları.

 

Kitabxana müdiri vəzifəsi üzrə

 

- ixtisas tələbləri: orta ixtisas təhsili, kitabxana işi sahəsində 5 ildən az olmayaraq əmək stajı; ali kitabxanaçılıq və ya ali pedaqoji təhsil, 3 ildən az olmayaraq kitabxana işi sahəsində əmək stajı;

- “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanunu;

- təhsil müəssisəsinin inkişaf perspektivləri,

- kitabxanaşünaslıq və biblioqrafiya; oxuculara xidmətin əsasları; kitabxana fondunun uçotu və saxlanması; kitabların qəbul edilmiş beynəlxalq təsnifat sistemi və kataloqun tərtibi normaları;

- etik davranış qaydaları;

- informasiya-kommunikasiya texnologiyalarından istifadə tələbləri;

- əmək qanunvericiliyi; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, yanğından mühafizə norma və qaydaları.

 

Gənclərin çağırışaqədərki hazırlığı rəhbəri vəzifəsi üzrə

 

- ixtisas tələbləri: Tam orta təhsil, xüsusi hazırlıq kursu, orta ixtisas təhsili, 10 ildən çox pedaqoji staj; orta hərbi təhsil, 5 ildən artıq pedaqoji staj; müvafiq ixtisas üzrə ali təhsil, 5 ildən çox pedaqoji staj; ali hərbi təhsil, pedaqoji staja tələb qoyulmadan.

- “Təhsil haqqında” və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarını;

- Birləşmiş Millətlər Təşkilatı Uşaq hüquqları haqqında Konvensiyanı;

- gənclərin çağırışaqədərki hazırlığı işlərinin təşkilini,

- vətənpərvərlik tərbiyəsi üzrə xidmətin və digər orqanların qərarlarını,

- silahların, cihazların, təlimin hərbi texnika vasitələrinin istifadəsini;

- gənclərin çağırışaqədərki hazırlığı və hərbi vətənpərvərlik tərbiyəsinin həyata keçirilməsinin forma və metodlarını;

- pedaqogika və psixologiya elminin əsaslarını;

- hesabat və tədrislə bağlı sənədlərin tərtibi normalarını, silah və sursatların istifadəsi və saxlanılması tələblərini;;

- etik davranış qaydaları;

- informasiya-kommunikasiya texnologiyalarından istifadə tələbləri;

- əmək qanunvericiliyi; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, yanğından mühafizə norma və qaydaları.

 

Uşaq birliyi təşkilatı rəhbəri vəzifəsi üzrə

 

- ixtisas tələbləri: Tam orta təhsil, əmək stajına tələb qoyulmadan;

- “Təhsil haqqında” və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanunları;

- Birləşmiş Millətlər Təşkilatının Uşaq hüquqları haqqında Konvensiyası;

- tərbiyə və özünütərbiyənin pedaqogika və psixologiyası, pedaqoji etika, uşaq və yeniyetmələrin fərdi və yaş xüsusiyyətləri, uşaq kollektivlərinin psixologiyası,

- uşaq təşkilatlarının iş xüsusiyyətləri; uşaq birliyi təşkilatının rəhbərinin vəzifələri və qarşısında duran tələblər;

- etik davranış qaydaları;

- informasiya-kommunikasiya texnologiyalarından istifadə tələbləri;

- əməyin mühafizəsi, təhlükəsizlik texnikası, yanğından mühafizə norma və qaydaları.

 

Psixoloq vəzifəsi üzrə - ixtisas tələbləri: psixologiya üzrə ali təhsil.

 

- “Təhsil haqqında” və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanunları;

- Birləşmiş Millətlər Təşkilatının Uşaq hüquqları haqqında Konvensiyası;

- uşaq və yeniyetmələrin təlim və tərbiyəsi ilə bağlı hüquqi aktlar;

- ümumi psixologiya, pedaqoji psixologiya və ümumi pedaqogika, sosial psixologiya, uşaq və yaş psixologiyası;

- fərdi və qrup məsləhətinin müasir metodları; uşağın inkişafının diaqnostikası və korreksiya metodları;

- Pedaqoji işçilərin etik davranış qaydaları;

- informasiya-kommunikasiya texnologiyalarından istifadə tələbləri;

 

Katibə-makinaçı vəzifəsi üzrə

 

- ixtisas tələbləri: Tam orta təhsil, əmək stajına tələb qoyulmadan;

- Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair təlimat;

- etik davranış qaydaları;

- informasiya-kommunikasiya texnologiyalarından istifadə tələbləri;

 

Təsərrüfat müdiri və ya təsərrüfat işləri üzrə direktor müavini vəzifəsi üzrə

 

- ixtisas tələbləri: orta ixtisas təhsili və ya ali təhsil, 3 ildən az olmayaraq əmək stajı.

- “Təhsil haqqında” və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarını;

- təsərrüfat xidməti üzrə işin yerinə yetirilməsinin təşkilini;

- xidmətçi heyətin əməyindən səmərəli istifadə yollarını;

- binanın istismar olunmasının təşkilinin elmi əsaslarını;

- iş avadanlığının istismar qaydaları,

- əməyin təşkilinin əsasları;

- daxili əmək intizamı qaydaları, əmək qanunvericiliyinin əsasları, əməyin mühafizəsi,

- təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydaları;

- etik davranış qaydaları;

- informasiya-kommunikasiya texnologiyalarından istifadə tələbləri

 


Açar sözlər: ,