İkinci Nəfəs Psixologiya Mərkəzi və Qəbələ rayon Təhsil sektorunun birgə təşkilatçılığı ilə şəhər 5 nömrəli tam orta məktəbdə 9-11-ci sinif şagirdləri arasında "Smart Gənc" layihəsi həyata keçirilib.
Layihə çərçivəsində şagirdlərə uğurun sirri, əylənərək öyrənmə yolları, imtahan həyəcanın idarə edilməsi və s. mövzularda praktiki məlumatlar verilib, şagirdlərin mövzu ilə bağlı sualları cavablandırılıb.
Sonda layihə iştirakçılarına sertifikatlar təqdim edilib.