09.01.2023

Qəbələdə müəssisə rəhbərləri ilə görüş keçirilib

Qəbələ rayon Təhsil sektorunda aparılmış monitorinqlərə dair ümumi təhsil müəssisələri və məktəbdənkənar təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib.

Görüşdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri Bəhruz Nəbili, İdarənin İnzibati təşkilat sektorunun müdiri Alqış Həsrətov, rayon Təhsil sektorunun müdiri Arifə Bayramova, sektor əməkdaşları və müəssisə rəhbərləri iştirak ediblər.

Görüşdə aparılmış monitorinqlər, cari məsələlər, tədrisin keyfiyyəti, qarşıda duran hədəflər müzakirə olunub, habelə müvafiq məsələlər barədə müəssisə rəhbərlərinə müəyyən tapşırıq və tövsiyələr verilib, onları maraqlandıran suallara aydınlıq gətirilib.


Açar sözlər: ,  ,  ,