Qəbələ rayonu üzrə Təhsil sektorunun tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və xarici dili fənlərini tədris edən müəllimlərlə görüş keçirilib.
Görüşdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri Bəhruz Nəbili, İdarənin İnzibati təşkilat sektorunun müdiri Alqış Həsrətov, rayon təhsil sektorunun müdiri Arifə Bayramova və müəllimlər iştirak edib.
Görüşdə 2021-2022-ci tədris ili üzrə buraxılış imtahanlarının nəticələri və cari tədris ilində qarşıda duran vəzifələr müzakirə olunub.
Daha sonra müəllimlərin məktəblərdə fəaliyyət göstərdikləri zaman qarşılaşdığı problemlər, onların həll yolları barədə qarşılıqlı müzakirələr aparılıb.