"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzlə Balakən rayon Nəsimi adına şəhər 2 nömrəli tam orta məktəbində "Təhlükəsiz internet" mövzusunda görüş keçirilib.
Görüşdə Osman Gündüz mövzuya dair geniş məlumat verib, şagirdlərin suallarını cavablandırıb.
Daha sonra Beynəlxalq STEAM Azərbaycan Festivalında qızıl medal alan məktəbin iki komandası, həmçinin "Rəqəmsal bacarıqlar", "Kod saatı" layihələrində iştirak edən şagirdlərlə, "Peşə təmayüllü siniflərin təşkili" layihəsində təhsil alan, habelə texnologiyaya marağı olan şagirdlərlə söhbət aparılıb, onların fikirləri dinlənilib, texnologiya sahəsində inkişaf üçün zəruri tövsiyələr verilib.