13.12.2022

Balakən rayon Təhsil sektorunda Beynəlxalq Azərbaycan STEAM Festivalında iştirak edən Balakən rayon ümumi təhsil müəssisələrinin müəllim və şagirdləri ilə görüş keçirilib

Balakən rayon Təhsil sektorunda Beynəlxalq Azərbaycan STEAM Festivalında iştirak edən Balakən rayon ümumi təhsil müəssisələrinin müəllim və şagirdləri ilə görüş keçirilib.

Görüşdə Balakən rayon Təhsil sektorunun müdiri Elçin Musayev və sektor əməkdaşları, müəllim və şagirdlər iştirak ediblər.

Tədbirdə sektor müdiri Elçin Musayev komanda üzvlərini təbrik edərək fəaliyyətlərində davamlı uğurlar arzulayıb. Daha sonra müəllim və şagirdlər festival barədə təəssüratlarını bölüşüblər.

Sonda Beynəlxalq Azərbaycan STEAM Festivalında iştirak edən müəllim və şagirdlər təhsil sektoru tərəfindən təltif olunub.

Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə 05-09 dekabr tarixlərdə Bakı- EXPO Mərkəzdə keçirilən "SAF-2022"-STEAM-Azərbaycan Festivalında Balakən rayon ümumi təhsil müəssisələrinin şagirdləri uğurla iştirak edərək l, II yerlər, həmçinin müxtəlif yarış nominasiyaları üzrə qalib olmuşdur.

Balakən şəhər Nəsimi adına 2 nömrəli tam orta məktəbin "VICTORY FOLLOWERS" komandası "Mexatronika" kateqoriyası üzrə, həmçinin "SN HACKHERLER" komandası "Hackaton school" katoqoriyası üzrə I yerə layiq görülüb.

Balakən şəhər 1 nömrəli tam orta məktəbin "Stars on Earth" komandası "Edu drone" katoqoriyası üzrə ll yerə layiq görülüb, eyni zamanda "Best coworkers" nominasiyası üzrə də qalib gəlib.

Balakən şəhər Nizami adına 1 nömrəli və Qazbinə kənd tam orta məktəbin şagirdlərindən ibarət "Philadelphia" komandası "Dream world" kateqoriyası üzrə II yerə layiq görülüb və eyni zamanda komanda "Friendly Team-2022" nominasiyası üzrə də qalib olub.

Balakən rayon Kortala kənd tam orta məktəb və Qaravəli kənd tam orta məktəbin "Balakənli Proqramistlər" komandası "Hackaton School" kateqoriyası üzrə "Energy Time" nominasiyasına layiq görülüb.

Balakən rayon Humanitar və texniki təmayüllü liseyin şagirdlərinin də iştirak etdiyi "İKT team", "Zaqatala team", "Balaca mühəndislər" komandaları "İnnovativ sərgi" kateqoriyası üzrə xüsusi mükafat və kuboka layiq görülüb.


Açar sözlər: ,