"Kod saatı" qlobal hərəkatı çərçivəsində Elm və Təhsil Nazirliyinin “Alqoritmika” beynəlxalq proqramlaşdırma məktəbi ilə birgə IV-IX sinif şagirdləri üçün təşkil etdiyi “Kod saatı: rəqəmsal gələcəyə addım 2022-ci il” respublika müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Ümumilikdə 20 000 şagirdin, final mərhələdə isə 300 nəfər şagirdin mübarizə apardığı müsabiqənin final mərhələsində Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrindən 7 nəfər şagird iştirak edib.
Müsabiqənin nəticələrinə əsasən, Şəki şəhər 11 nömrəli məktəbin şagirdi Ömər Vahablı II yerə və Şəki şəhər 10 nömrəli məktəbin şagirdi Abduləhəd Məhərrəmov III yerə layiq görülüb.
Finalda iştirak edənləri və qaliblərimizi, onların müəllimlərini təbrik edir, fəaliyyətlərində davamlı uğurlar arzulayırıq.