Oğuz rayon Olimpiya İdman Kompleksində UGİŞM-in məktəbli idmançıları arasında "Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü"nə həsr olunmuş sərbəst güləş idman növü üzrə rayon çempionatı keçirilib.
Tədbirin açılış mərasimində Oğuz RİH-in nümayəndəsi V.İskəndərov, RTS-nin müdiri S.Nəbiyev, Gİİ-in rəisi R.Mahmudov, UGİŞM-in direktoru N.Hüseyni, məşqçi-müəllimlər, valideynlər iştirak ediblər.
Tədbir şəhidlərimizin əziz xatirəsinin yad edilməsi ilə başlayıb. Çıxış edənlər "Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü" münasibətilə tədbir iştirakçılarını təbrik edib, məktəbli idmançılara uğurlar arzulayıblar.
Yarışın qalibləri təhsil sektorunda təşkilatçılar tərəfindən diplom və medallarla təltif olunub.