Balakən rayon Təhsil sektorunun və “ASAN Könüllüləri” Təşkilatının Balakən regional "ASAN xidmət" mərkəzi üzrə nümayəndəliyinin təşkilatçılığı ilə “Öncə təhsil” sloqanı ilə “Təhsilimiz gələcəyimizdir” mövzusunda seminar keçirilib.
Seminarda təhsil sektoru, “ASAN xidmət” mərkəzinin əməkdaşları, məktəblilər, “ASAN xidmət” mərkəzinin könüllüləri iştirak ediblər.
Təhsilin insan həyatında əhəmiyyətinə həsr olunmuş seminarda təhsil sektorunun aparıcı məsləhətçisi Sevinc İbadova çıxış edərək məktəblilərin, gənclərin inkişafı üçün yaradılmış təhsil imkanlarından, davamlı təhsilin əhəmiyyətindən bəhs edib, fərdləri təhsildən uzaqlaşdıran zərərli vərdişlər, habelə erkən nikahın fəsadları barədə məlumat verib.
Seminar gedişatında iştirakçılara mövzu ilə bağlı bukletlər paylanılıb.
Seminar diskussiya ilə davam etdirilib, habelə auditoriyanı maraqlandıran suallar cavablandırılıb.