09.12.2022

Çalışmanın yaş həddinə çatmış təhsil işçiləri ilə görüş keçirilib

Oğuz rayonunda çalışmanın yaş həddi ilə bağlı əmək müqaviləsinə xitam verilmiş təhsil işçiləri ilə görüş keçirilib.

Görüşdə Oğuz rayon Təhsil sektorunun müdiri S.Nəbiyev, ATİAHİ Oğuz rayon Komitəsinin sədri F.İbrahimov, komitə və təhsil sektoru əməkdaşları və dəvət olunmuş təhsil işçiləri iştirak ediblər.

Oğuz RTS-nin müdiri S.Nəbiyev görüşdə iştirak edən müəllimləri salamlayaraq onların uzunmüddətli fəaliyyəti haqqında fikirlərini bildirib, müəllim peşəsinə verilən dəyərdən, bu şərəfli peşə sahiblərinin əməyinin cəmiyyətin tərəqqisində, gənclərin formalaşmasındakı rolundan bəhs edib.

ATİAHİ Oğuz rayon Komitəsinin sədri F.İbrahimov öz çıxışında təhsil sahəsinin inkişafında müəllimlərin əməyinin qiymətləndirilməsindən danışaraq onlara ən xoş arzularını çatdırıb.

Görüşün sonunda ATİAHİ Oğuz rayon Komitəsi tərəfindən 65 yaşı tamam olan müəllimlər qiymətli hədiyyələrlə təltif olunub.


Açar sözlər: