12.12.2022

"Əbədi müstəqillik tarixi yazan lider" adlı tədbir təşkil edilib

Balakən rayon Heydər Əliyev Mərkəzində Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar "Əbədi müstəqillik tarixi yazan lider" adlı tədbir təşkil edilib.

Tədbirdə Balakən rayon Heydər Əliyev Mərkəzi, Balakən rayon İcra Hakimiyyəti, YAP Balakən rayon təşkilatı, Balakən rayon Təhsil sektoru, Balakən MKS, GİKM Balakən nümayəndəliyinin rəhbərləri, əməkdaşları, rayon ümumtəhsil məktəblərinin şagirdləri və rayonun fəal gəncləri iştirak edib.

Öncə Ulu Öndər Heydər Əliyevin və Vətənin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Balakən rayon Heydər Əliyev Mərkəzinin direktoru Ləman Balayeva, RİH-nin baş məsləhətçisi Türkan Əliyeva, Ulu Öndər Heydər Əliyev tərəfindən "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunmuş Aydın Abdullayev, rayon Təhsil sektorunun aparıcı məsləhətçisi Sevinc İbadova, MKS-in şöbə müdiri Mehriban Çuxova, Nizami adına şəhər 1 nömrəli tam orta məktəbin tarix müəllimi Elvin Əliyev çıxış edərək qeyd edib ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev tarixə fenomen şəxsiyyət, qeyri-adi zəkaya malik müdrik dövlət xadimi kimi düşüb. Xalqı, dövləti qarşısında müstəsna xidmətləri ilə əbədilik qazanan Ulu Öndərin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi böyük həyat məktəbidir. Bildirilib ki, Azərbaycanda intibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır.

Çıxışlardan sonra "Heydər Əliyev irsini öyrənirik" adlı klubun üzvü, Nizami adına şəhər 1 nömrəli məktəbin şagirdi Səadət Ceerçiyevanın Ulu Öndərə həsr olunmuş təqdimatı və klubun digər üzvü, Akademik Z.Əliyeva adına şəhər 3 nömrəli məktəbin şagirdi Zəhra Xəlilbekovanın, GİKM Balakən nümayəndəliyinin könüllüsü Nicat Muqumovun pianoda ifası dinlənilib.


Açar sözlər: