Balakən rayon Təhsil sektorunda cari məsələlərə dair ümumi təhsil müəssisələri və məktəbdənkənar təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib.
Görüşdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri Bəhruz Nəbili, İdarənin Maliyyə- iqtisadiyyat sektorunun müdiri Araz Babayev, rayon Təhsil sektorunun müdiri Elçin Musayev və sektor əməkdaşları iştirak ediblər.
Görüşdə cari məsələlər, tədrisin keyfiyyəti, qarşıda duran hədəflər müzakirə olunub, habelə müvafiq məsələlər barədə məktəb rəhbərlərinə müəyyən tapşırıq və tövsiyələr verilib, onları maraqlandıran suallara aydınlıq gətirilib.