5-9 dekabrın tarixlərində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində təşkil olunan "SAF-2022"-STEAM-Azərbaycan Festivalında Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Balakən, Zaqatala və Oğuz rayon təhsil sektorlarının tabeliyində olan məktəblərdən ümumilikdə 13 komanda yarışa qatılmış və uğurla iştirak edərək müxtəlif yarış nominasiyaları üzrə qalib olublar.
Qeyd edək ki, dekabrın 9-da isə festivalın bağlanış mərasimi keçirilib və qaliblər mükafatlandırılıb.
Qalib komandaları Sizlərə təqdim edirik:
Balakən şəhər Nəsimi adına 2 nömrəli tam orta məktəbin "VICTORY FOLLOWERS" komandası "Mexatronika" kateqoriyası üzrə I yerə layiq görülüb.
Balakən şəhər Nizami adına 1 nömrəli və Qazbinə kənd tam orta məktəbin şagirdlərindən ibarət "Philadelphia" komandası "Dream world" kateqoriyası üzrə II yerə layiq görülüb və eyni zamanda komanda "Friendly Team-2022" nominasiyası üzrə də qalib olub.
Balakən şəhər Nizami adına 1 nömrəli tam orta məktəbin "Stars on Earth" komandası "Edu drone" kateqoriyası üzrə II yerə layiq görülüb.
Balakən şəhər Nəsimi adına 2 nömrəli tam orta məktəbin "SN HACHKERLER" komandası "Hackaton School" kateqoriyası üzrə I yerə layiq görülüb.
Balakən rayon Kortala kənd tam orta məktəb və Qaravəli kənd tam orta məktəbin "Balakənli Proqramistlər" komandası "Hackaton School" kateqoriyası üzrə "Energy Time" nominasiyasına layiq görülüb.
Balakən şəhər 1 nömrəli tam orta məktəbin "Stars on Earth" komandası, eyni zamanda "Best coworkers" nominasiyası üzrə də qalib gəlib.
Zaqatala şəhər N.Hüseynov adına 2 nömrəli tam orta məktəbin "Xilasedicilər" komandası "Survivor" (Middle school) kateqoriyası üzrə II yerə layiq görülüb.
Balakən rayon Humanitar və texniki təmayüllü lisey, Zaqatala şəhər Akademik Z.Əliyeva adına lisey, N.Hüseynov adına 2 nömrəli, Ş.Qurbanov adına şəhər 3 nömrəli məktəb, Humanitar Fənlər Gimnaziyası, Muxax kənd 1 nömrəli məktəblərin şagirdlərindən ibarət "İKT-Team", "Zaqatala Team", "Balaca mühəndislər", "Megatron",
"The Time" komandaları "İnnovativ sərgi" kateqoriyası üzrə xüsusi mükafat və Kuboka layiq görülüb.
Zaqatala şəhər Akademik Z.Əliyeva adına lisey və Ş.Qurbanov adına 3 nömrəli tam orta məktəblərin şagirdlərindən ibarət "Amigos" komandası "Dream World" kateqoriyası üzrə 2-ci yerə layiq görülüb.
Oğuz şəhər Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimli adına 3 nömrəli məktəb-liseyin "MakerX" komandası "İnnovativ sərgi" kateqoriyası üzrə "İnnovation award" kubokuna layiq görülüb.
Komandalarımızı təbrik edir, fəaliyyətlərində və növbəti müsabiqələrdə davamlı uğurlar arzulayırıq.