06.12.2022

Alman dili müəllimləri və Alman dilini öyrənən şagirdlər üçün tədbir 

Höte İnstitutunun təşkilatçılığı ilə Bakıda Alman dili müəllimləri və Alman dilini öyrənən şagirdlər üçün tədbir təşkil olunub.

Tədbirdə Almaniyanın Bakıdakı səfirliyinin nümayəndələri, “Alman Dili Müəllimləri” İctimai Birliyinin rəhbəri və digər qonaqlar iştirak ediblər.

Dörd gün davam edən inkişaf proqramında Balakən rayonu Talalar kənd 2 nömrəli tam orta məktəbin Alman dili müəllimi və bir qrup şagirdi uğurla iştirak edərək sertifikatla təltif olunub.

Qeyd edək ki, proqram çərçivəsində seminarlar, təlimlər, həmçinin şagirdlər üçün idman oyunları təşkil olunub. Proqramın məqsədi şagirdlərin Alman dilini daha yaxşı öyrənməsi və bu dili tədris edən müəllimlərin inkişafına dəstəyin göstərilməsidir.


Açar sözlər: ,  ,  ,