Şəki şəhərindəki 10 və 18 nömrəli tam orta məktəblərin şagirdləri Rahilə Abdurahmanova və Xanım Abdurəhimli Azərbaycan Respublikası Təhsil Cəmiyyətinin ümumtəhsil müəssisələrinin VIII-XI sinif şagirdləri arasında onlayn formatda keçirdiyi “Xəyallarımı hekayəmdə anlatdım” hekayə yazma müsabiqəsinin qalibi adına layiq görülüblər
Elm və Təhsil Nazirliyinin və Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə reallaşan müsabiqədə respublika üzrə ümumilikdə 1000 nəfərə yaxın məktəbli iştirak edib və onlardan 20-si qalib elan edilib.
Qeyd edək ki, müsabiqə qaliblərinin hekayələri kitab halında çap olunacaq.