25.11.2022

“Qardaşlaşmış məktəblər”in “Şuşa İli”nə həsr olunmuş onlayn görüşü keçirilib

"Qardaşlaşmış məktəblər” təşəbbüsünə qoşulmuş Balakən rayon Nəsimi adına şəhər 2 nömrəli məktəbin təşkilatlığı ilə “Qardaşlaşmış məktəblər”in “Şuşa İli”nə həsr olunmuş onlayn görüşü keçirilib.

 

Tədbirdə Türkiyənin 5 ayrı bölgəsindən olan (Prof. Dr. Aziz Sancar Bilim ve Sanat Merkezi –Ankara, Çiğdemli Ortaokulu-Zonguldak, Valide Sultan MTAL Mersin – Anamur, İstanbulloğlu Sosyal Bilimler Lisesi Karesi- Balıkesir, Mersin: Tevfik Sırrı Gür Anadolu Lisesi) məktəblər və Balakənin digər “qardaşlaşmış məktəb”i Qaravəli kənd tam orta məktəbin müəllim və şagirdləri iştirak ediblər.

 

Onlayn görüşdə "Şuşa İli" ilə əlaqədar Nəsimi adına şəhər 2 nömrəli tam orta məktəbin təşkil etdiyi sərgi müəllim və şagirdlərə nümayiş olunub, habelə Vətən müharibəsinin gedişatı, əldə edilən tarixi qələbənin nəticəsi və Şuşa döyüşləri barədə çıxışlar dinlənilib.

 

Tədbir müəllim və şagirdlərin şeir, mahnı ifaları ilə davam etdirilib.


Açar sözlər: ,