22.11.2022

Şəki və Zaqatala məktəblərinin şagirdləri “Əziz Şuşa, sən azadsan!” inşa müsabiqəsində uğur qazanıblar

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Şəki şəhər kimya-biologiya təmayüllü liseyin IX sinif şagirdi Selcan Rəsulova və Zaqatala şəhərindəki akademik Zərifə Əliyeva adına liseyin IX sinif şagirdi Banu Musayeva Elm və Təhsil Nazirliyinin təşkil etdiyi “Əziz Şuşa, sən azadsan!” inşa müsabiqəsinin III dərəcəli diplomuna layiq görülüblər.

Qeyd edək ki, inşa müsabiqəsi xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilmiş Şuşa qalibiyyətinin əhəmiyyətinin ölkənin ümumi təhsil müəssisələrində təbliğini gücləndirmək və 2022-ci ilin “Şuşa İli” elan edilməsinə dair dövlət başçısının müvafiq sərəncamından irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə həyata keçirilir.

Onu da qeyd edək ki, müsabiqənin şimal-qərb regionunda keçirilən rayon (şəhər) mərhələsində 250-dək şagird iştirak edib.  


Açar sözlər: ,  ,  ,