Oğuz rayon Təhsil sektorunda Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyinə həsr edilmiş “Yeni Azərbaycan Partiyası” mövzusunda tədbir keçirilib.
Tədbirdə YAP Oğuz rayon təşkilatının sədri S.Məhərrəmov, Oğuz Rayon İcra Hakimiyyəti başçısının müavini səlahiyyətlərini icra edən A.Ağayev, Oğuz rayon Təhsil sektorunun müdiri S.Nəbiyev, təşkilatın əməkdaşları, məktəb rəhbərləri, müəllimlər iştirak edib.
Tədbirdə çıxış edən YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov Ümummilli lider Heydər Əliyevin banisi olduğu Yeni Azərbaycan Partiyasının yarandığı gündən böyük ictimai dəyərlərin daşıyıcısı olduğunu, ölkə Prezidenti cənab İlham Əliyevin yorulmaz, fədakar fəaliyyəti sayəsində ölkə iqtisadiyyatının inkişaf etdiyini, dayanıqlı əsaslara söykənən xalq-iqtidar birliyinin yarandığını qeyd edib.
Oğuz Rayon İcra Hakimiyyəti başçısının müavini səlahiyyətlərini icra edən A.Ağayev öz çıxışında partiyanın qurucusu, Ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin uğurla həyata keçirilməsi, bu işlərin davamı olaraq inkişafı istiqamətində mühüm işlər görüldüyünü vurğulayıb.
Tədbirdə Oğuz rayon Səhsil sektorunun metodisti G.Abdullayeva, Ə.Mahmudov adına Qarabulaq kənd tam orta məktəbin direktoru E.Yusubov çıxış edərək Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Yeni Azərbaycan Partiyasının 30 ildə keçdiyi uğurlu inkişaf yolundan danışıb.