17.11.2022

Direktor müavinlərinin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi keçirilib

Noyabrın 17-də Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin vakant olan tədris (təlim-tərbiyə) işi üzrə direktor müavini və məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi keçirilib.

Sənədlərini təqdim etmiş 195 namizəddən 169 nəfəri imtahanda iştirak edib.

Qeyd edək ki, sualların 50%-ni düzgün cavablandırmış namizədlər müsabiqənin növbəti mərhələsinə buraxılacaqlar.


Açar sözlər: ,