17.11.2022

Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş tədbir keçirilib

Balakən RİH, Balakən rayon Gənclər və İdman İdarəsi, Balakən rayon Təhsil Sektoru, rayon Gənclər Evi və GİKM Balakən nümayəndəliyinin birgə təşkilatlıığı ilə Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri, şagird və gənclər iştirak edib.

Tədbirdə çıxış edənlər Azərbaycanda tolerantlıq, Vətən müharibəsində qazanılan qələbədə tolerantlığın rolu, multikultural dəyərlər haqqında ətraflı məlumat verib.

Sonda gənclərə maraqlı olan suallar cavablandırılıb.


Açar sözlər: