27.10.2022

İdarə müdiri Qax və Zaqatala rayonlarında vətəndaşları qəbul edib

Oktyabrın 27-də Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev Qax və Zaqatala rayonlarında həmin rayon qeydiyyatında olan sakinləri qəbul edib.

Keçirilən qəbulda vətəndaşlar əsasən işlə təmin olunma, dərs yükünün bölgüsü, əmək müqaviləsinin uzadılması və digər məsələlərlə bağlı müraciət ediblər.

İdarə müdiri qəbula yazılmış vətəndaşların müraciət, şikayət və təkliflərini dinləyərək hər bir müraciətin operativ şəkildə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində idarənin aiddiyatı üzrə struktur bölmələrinin əməkdaşlarına konkret tapşırıqlar verib.

Qeyd edirik ki, Şəki-Zaqatala Regional Təhsil İdarəsinə aid olan rayonlar üzrə vətəndaşlarla görüşlər davamlı olaraq keçiriləcək.


Açar sözlər: ,  ,