Noyabrın 1-də Şəki-Zaqatala Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə Oguz rayonunda ümumtəhsil məktəblərinin gənc müəllimləri ilə görüş keçirilib.
Tədbirdə Regional İdarənin Tədrisin keyfiyyəti sektorunun müdiri Bəhruz Nəbili, idarənin əməkdaşları, Oğuz rayonu üzrə Təhsil sektorunun müdiri Sərdar Nəbiyev və 2022-2023-cü tədris ili üzrə rayon ümumtəhsil məktəblərinə müəllimlərin işə qəbulu müsabiqəsində uğur qazanaraq müddətsiz müqavilə ilə çalışmaq imkanı əldə edən müəllimlər iştirak ediblər.
Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri Bəhruz Nəbili çıxış edərək, gənc müəllimlərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, son illər müəllimlərin stimullaşdırılması, peşəkarlığının artırılması və müəllim nüfuzunun yüksəldilməsi istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.
Görüşdə, həmçinin gənc müəllimlər üçün nəzərdə tutulan fəaliyyət və layihələr barədə onlara məlumat verilib, fikir və təklifləri dinlənilib.
Sonda görüş iştirakçılarına Regional İdarənin kollektivdə sağlam psixoloji mühitin dəyərləndirilməsi ilə bağlı anonim məmnuniyyət sorğusu təqdim olunub.