02.11.2022

“Doğma diyar Qarabağ” adlı şeir müsabiqəsi keçirilib

Qax rayon Uşaq-Gənclər İnkişaf Mərkəzində Zəfər Gününə həsr olunmuş “Doğma diyar Qarabağ” adlı şeir müsabiqəsi keçirilib.

Müsabiqədə Qax rayon UGİM-in dərnək üzvləri və ümumi təhsil müəsisələrinin şagirdləri iştirak edib. Tədbirdən öncə qonaqlar UGİM-in dərnək üzvlərinin əl işləri və rəsmlərindən ibarət sərgi ilə tanış olublar.

Tədbir Vətənin ərazi bötövlüyü uğrunda şəhid olmuş şəhidlərin xatirəsinin yad edilməsi ilə başlayıb. Daha sonra şagirdlərin təqdimatında vətənpərvərlik mövzusunda şeir ifaları dinlənilib.