Oğuz rayon Təhsil Sektorunda “Şagird davranışı və valideyn-məktəb münasibətlərinin tənzimlənməsi qaydaları” mövzusunda görüş təşkil olunub.
Görüşdə Oğuz rayon Təhsil Sektorunun müdiri S.Nəbiyev, sektorun əməkdaşları, məktəb rəhbərləri və müəllimlər iştirak edib.
Çıxış edənlər məktəb idarəçiliyində, şagird-müəllim, məktəb-valideyn münasibətlərində sistemlilik yaratmaq üçün vahid qaydaların tətbiqinin zəruri olduğunu diqqətə çatdırıb. Çıxışlarda qeyd olunub ki, bu qaydalar məktəblər tərəfindən qoyulmuş qadağalar kimi deyil, əksinə uşaqlar üçün daha rahat mühit və sivil davranışın tənzimlənməsi imkanlarıdır.
Daha sonra məktəbdaxili münasibətlər, əlverişli öyrənmə mühiti, şagirdlərin dərsə davamiyyəti, çətin tərbiyə olunan şagirdlər, səmərəli məktəb mühiti haqqında geniş müzakirələr aparılıb, müvafiq mövzularla bağlı təklif və tövsiyələr dinlənilib.