03.11.2022

Zəfər Gününə həsr olunmuş voleybol yarışı keçirilib

Oğuz rayon Təhsil Sektoru tərəfindən Oğuz rayon Olimpiya İdman Kompleksində məktəbli oğlanlardan ibarət komandalar arasında voleybol yarışı təşkil edilib.

Yarışın nəticələrinə əsasən, I yerə Ə.Mahmudov adına Qarabulaq kənd tam orta məktəbin, II yerə N.İbrahimli adına 3 nömrəli məktəb-liseyin, III yerə İ.Rəhimov adına Qumlaq kənd tam orta məktəbin komandası layiq görülüb.

Qaliblər rayon təhsil sektoru və Gənclər İdman İdarəsinin diplom və hədiyyələri ilə təltif olunub.


Açar sözlər: ,