06.11.2022

Şimal-qərb zonasında 8 Noyabr-Zəfər Günü və 9 Noyabr-Dövlət Bayrağı Günü ilə əlaqədar tədbirlər təşkil olunub

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrində 8 Noyabr-Zəfər Günü və 9 Noyabr-Dövlət Bayrağı Günü ilə əlaqədar tədbirlər təşkil olunub.

Belə ki, təhsil müəssisələrində Zəfər Günü və Dövlət Bayrağı Gününə həsr olunmuş konfranslar, seminarlar, mühazirələr, “Dəyirmi masa”lar, “Açıq dərs”lər, yaradıcılıq müsabiqələri, intellektual oyunlar, idman yarışları, ədəbi-bədii kompozisiyalar, foto və rəsm sərgiləri təşkil olunub.

Tədbirlər ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsinin yad edilməsi ilə başlayıb. Şagirdlərə Zəfər tarixi və milli suverenliyin simvolu olan bayrağımızın yaranma tarixi barədə ətraflı məlumat verilib.

Bundan əlavə, Zəfər Günü ilə bağlı məktəblərdə şəhidlərə həsr olunmuş otaqlar, şəhidlərin büst və barelyefləri, abidə kompleksləri açılıb, Vətən Müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyaları keçirilib. Şagirdlərin Şəhidlər Xiyabanına, şəhid ailələrinə ziyarəti, Bayraq muzeyi, Heydər Əliyev Mərkəzi və tarix muzeylərinə ekskursiyaları təşkil olunub.

Tədbirlərdə şagirdlər Qarabağ, üçrəngli bayrağımız, vətənpərvərlik mövzularında şeirlər söyləyib, mahnılar ifa edib və ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.


Açar sözlər: ,  ,  ,  ,  ,