07.11.2022

"Zəfər Kuboku" adlı intellektual yarış keçirilib

Balakən rayon Təhsil sektoru, Balakən rayon Gənclər və İdman idarəsi, Balakən Gənclər Evi və GİKM-in Balakən nümayəndəliyinin təşkilatlığı ilə Zəfər Gününə həsr olunmuş Balakən rayon şəhidlərinin təhsil aldığı məktəblərarası "Zəfər Kuboku" adlı intellektual yarış keçirilib.

3 gün davam edən yarışın final mərhələsində 18 komandadan seçilən 6 komanda arasında intellekt mübarizəsi aparılıb.

İntellektual liqanın final mərhələsinin nəticələrinə əsasən, I yerə Vətən Müharibəsi Qəhrəmanı Amin Novruzov adına Humanitar və texniki təmayüllü liseyin, II yerə Nizami adına şəhər 1 nömrəli tam orta məktəbin, III yerə Ü.Hacıbəyov adına Qabaqçöl qəsəbə tam orta məktəbin komandası layiq görülüb.

Qaliblər qiymətli hədiyyələrlə təltif edilib.


Açar sözlər: ,  ,