08.11.2022

"8 Noyabr -Şanlı Tarixi Qələbə" adlı tədbir keçirilib

Şəki şəhər 8 nömrəli tam orta məktəbdə 8 Noyabr-Zəfər Günü münasibəti ilə "8 Noyabr -Şanlı Tarixi Qələbə" adlı tədbir keçirilib.

Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Nərmin Məmmədovanın təşkilatçılığı ilə keçirilən tədbirdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri Bəhruz Nəbili, İdarənin Tədrisin keyfiyyəti sektorunun əməkdaşı Elvin Mustafayev, Şəki rayonu üzrə Təhsil sektorunun əməkdaşları, şəhid ailələri, qazilər, məktəbin müəllim və şagird kollektivi və digər qonaqlar iştirak ediblər.

Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edənlər tarixi bayram günləri münasibətilə tədbir iştirakçılarını təbrik ediblər. 44 günlük tarixi qələbəmizdə xalqımızın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ətrafında sıx birləşməsindən, ordumuzun misilsiz şücaətindən söhbət açıblar. Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış “Zəfər Günü” və “Bayraq Günü” barədə danışıblar.

Daha sonra məktəbin 5q sinif şagirdlərinin hazırladığı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.


Açar sözlər: ,  ,  ,