28.10.2022

Balakəndə voleybol üzrə rayon birinciliyinin qalibləri müəyyənləşib

Balakən rayonunda Milli Olimpiya Komitəsinin yaradılmasının 30 illiyinə həsr edilmiş voleybol üzrə oğlanlardan ibarət məktəb komandaları arasında rayon birinciliyinə yekun vurulub.

Balakən Rayon Gənclər və İdman İdarəsinin və rayon Təhsil sektorunun birgə təşkilatçılığı ilə Hənifə kənd tam orta məktəbin idman zalında keçirilən yarışda 13 komanda mübarizə aparıb.

Yarışın yekun nəticələrinə əsasən, Sarıbulaq kənd tam orta məktəbin komandası birinciliyin qalibi adını qazanıb. Qazma kənd 2 saylı və Hənifə kənd tam orta məktəblərin komandaları müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.

Birinciliyin qalibləri diplomlarla mükafatlandırılıblar.