25.10.2022

"Beynəlxalq Məktəb Kitabxanaları Günü” münasibəti ilə tədbir keçirilib

Şəki şəhər 10 nömrəli tam orta məktəbinin akt zalında Şəki rayonu üzrə Təhsil sektorunun tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin şagirdlərinin iştirakı ilə “Beynəlxalq Məktəb Kitabxanaları Günü” münasibəti ilə tədbir keçirilib.

Rayon sektorunun metodist Təranə Əsgərovanın təşkilatçılığı ilə keçirilən tədbirdə Şəki -Zaqatala Regional Təhsil İdarəsinin İnzibati təşkilat sektorunun baş məsləhətçisi Rauf Əsədov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Şəki rayon Komitəsinin sədri Ziyafət Xasiyeva, rayon Təhsil sektorunun əməkdaşları və məktəblilər iştirak ediblər.

Tədbirin keçirilməsində məqsəd şagirdlər arasında mütaliəyə marağın artırılması və oxu vərdişlərinin inkişaf etdirilməsi, kitabın gündəlik həyatımızın bütün sahələrinə daxil edilməsinə nail olmaqdan ibarətdir.

Çıxış edənlər tədbirin əhəmiyyətindən söz açıb, kitabxanaların elmin, təhsilin, mədəniyyətin inkişafında mühüm rol oynadığını vurğulayıblar. 

Sonda şagirdlərin hazırladığı ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.


Açar sözlər: ,  ,