14.10.2022

Təhsil Tələbə Krediti Fondu maarifləndirici görüş keçirib

Təhsil Tələbə Krediti Fondu (TTKF) şimal-qərb bölgəsinin təhsil işçiləri ilə maarifləndirici görüş keçirib.

Görüşdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, TTKF-nin sədr müavini Bəhruz Əzimov, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarının təhsil işçiləri iştirak ediblər.

Tədbir iştirakçıları Fondun tələbələr və tələbə olmaq istəyənlər üçün yaratdığı imkanlar, təhsil tələbə kreditlərinin verilməsi qaydaları haqqında ətraflı məlumatlandırılıblar.

Daha sonra tədbir iştirakçılarının tələbə kreditləri barədə təklifləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.


Açar sözlər: ,