14.10.2022

“Əziz Şuşa, sən azadsan!” mövzusunda inşa müsabiqəsinin rayon (şəhər) mərhələsi keçirilib

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında “Əziz Şuşa, sən azadsan!” mövzusunda inşa müsabiqəsinin rayon (şəhər) mərhələsi keçirilib.

Ümumilikdə 250 nəfər şagirdin iştirak etdiyi müsabiqənin nəticələri yaxın günlərdə açıqlanacaq.

Qeyd edək ki, müsabiqənin keçirilməsində əsas məqsəd xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilmiş Şuşa qalibiyyətinin əhəmiyyətinin ölkənin ümumi təhsil müəssisələrində təbliğini gücləndirməkdir.

 


Açar sözlər: ,  ,  ,