Oktyabrın 13-də Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev Balakən rayonunda həmin rayon qeydiyyatında olan sakinləri qəbul edib.
Balakən rayon Təhsil Sektorunda keçirilən qəbulda 47 vətəndaş iştirak edib. Müraciətlər daha çox işlə təmin olunma və digər mövzulara bağlı olub. Vətəndaşların etdikləri müraciət, şikayət və təkliflər qeydiyyata alınıb. Onların bir qismi yerindəcə həllini tapıb, digər məsələlərin həlli istiqamətində isə müvafiq göstərişlər verilib.
Qeyd edirik ki, Şəki-Zaqatala Regional Təhsil İdarəsinə aid olan rayonlar üzrə vətəndaşlarla görüşlər davamlı olaraq keçiriləcək.