07.10.2022

Şəki-Zaqatala Regional Təhsil İdarəsi Aparatının ilk Həmkarlar təşkilatı yaradılıb

Şəki-Zaqatala Regional Təhsil İdarəsi Aparatının ilk Həmkarlar təşkilatı yaradılıb.

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin inzibati binasında aparatın ilk Həmkarlar təşkilatının yaradılması, oranın üzvlərinin təyin edilməsi, heyət üzvünün sədr və üzvlərin həmçinin təftiş komissiyasının yaradılması məqsədi ilə görüş keçirilib.

Görüşdə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərov, təşkilati şöbənin şöbə müdiri Rüstəmov Emil və komitənin digər əməkdaşları, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Şəki rayon Komitəsinin sədri Ziyafət Xasiyeva və idarənin əməkdaşları iştirak ediblər.

Açıq səsvermə ilə keçirilən görüşdə Şəki -Zaqatala Regional Təhsil İdarəsinin İnzibati təşkilat sektorunun baş məsləhətçisi Rauf Əsədov aparatın ilk həmkarlar təşkilatının sədri seçilib. Bundan başqa idarənin digər əməkdaşları müvafiq olaraq sədr müavini və üzv olaraq seçiliblər. 


Açar sözlər: