Sentyabrın 23-də Şəki rayonu üzrə Təhsil sektorunun tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin Azərbaycan dili və ədəbiyyatı müəllimləri ilə müşavirə keçirilib.
Müşavirədə Şəki-Zaqatala Regional İdarənin Tədrisin keyfiyyəti sektorunun müdiri Bəhruz Nəbili, İdarənin və Şəki rayonu üzrə Təhsil sektorunun əməkdaşları və fənn müəllimləri iştirak ediblər.
Şəki şəhər 11 nömrəli tam orta məktəbin akt zalında keçirilən müşavirədə 2022-ci ildə keçirilmiş buraxılış imtahanlarının nəticələri təhlil edilib, fənnin tədrisi keyfiyyətini daha da yaxşılaşdırmaq üçün görüləcək işlər və digər məsələlər müzakirə olunub.
Daha sonra fənn müəllimlərini maraqlandıran suallara cavab verilib.