27.09.2022

“Dəmir yumruq əməliyyatı-Zəfər müharibəsi” mövzunda seminar keçirilib

Balakən rayon Təhsil Sektorunda 27 sentyabr - Anım Gününə həsr olunmuş “Dəmir yumruq əməliyyatı-Zəfər müharibəsi” mövzunda seminar keçirilib.

Seminarda şəhid ailəsi, müharibə iştirakçısı, təhsil sektorunun əməkdaşları, ümumi təhsil müəssisələrinin təşkilatçı müavinləri, uşaq birliyi rəhbərləri iştirak edib.

Seminar Vətənin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinin sükutla anımı ilə başlayıb.

Daha sonra çıxış edən aparıcı məsləhətçi, tarixçi Sevinc İbadova “Dəmir yumruq əməliyyatı”na qədərki tarixi proseslər, ermənilərin əsasız iddiaları və təcavüzkar addımlarının tarixi xronologiyası, Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində ATƏT-in Minsk qrupunun fəaliyyəti, Ermənistan tərəfinin “yeni ərazilər üçün yeni müharibə” bəyanatından və bu istiqamətdə faktiki tədbirlərindən danışıb, Vətən müharibəsinin gedişatı, qələbə yolunda ölkə rəhbəri Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti və müharibədən sonrakı dinc quruculuq işləri barədə çıxış edib.

Vətən Müharibəsi Qəhrəmanı Amin Novruzov adına Humanitar və texniki təmayüllü liseyin müəllimi, Vətən müharibəsi şəhidi Kamal Məmmədovun anası Zümrüd Məmmədova çıxış edərək 44 günlük Vətən müharibəsində şanlı tarix yazan oğullarımızın, şəhidlərimizin, qazilərimizin döyüş yolundan söz açaraq onların hər birinin fəxr, qürur yerimiz olduğunu bildirib. Azərbaycan xalqının fəxri olan şəhidlərimizin qəlblərdə daim əbədi yaşayacağını qeyd edib.

Vətən müharibəsi iştirakçısı, Hənifə kənd tam orta məktəbin coğrafiya müəllimi Nicat Mikayılov 44 günlük Vətən müharibəsindən, düşmən üzərində əldə edilən tarixi zəfərin önəmindən söz açıb, Vətən müharibəsində qazanılan zəfərin 30 illik erməni işğalına son qoyulduğu, əsrlər sonra da bu zəfərin qürurla anılacağını, tarixi zəfərin qazanılmasında xidmətləri olan şəxslərin ehtiram hissi ilə yad ediləcəyini bildirib


Açar sözlər: ,