Sentyabrın 25-də Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində təhsilalan 180 nəfər XI sinif şagirdi "Əlaçı" televiziya layihəsinin seçim turunda iştirak edib.
Şəki şəhər 11 nömrəli tam orta məktəbdə təşkil olunan seçim turunda Şəki-Zaqatala Regional Təhsil İdarəsinə daxil olan rayon (şəhər) üzrə ümumi təhsil müəssisələrinin hər birindən 30 nəfər (15 oğlan və 15 qız) öz biliyini sınayıb.
Test üsulu ilə keçirilən müsabiqədə şagirdlərə bütün fənləri əhatə edən 50 açıq sual verilib.
Qeyd edək ki, müsabiqənin yekununa görə, ən yüksək nəticə göstərən şagirdlər “Əlaçı” televiziya layihəsinin 15-ci mövsümünün çəkilişlərində iştirak edəcək.