22.09.2022

İdarə müdiri Zaqatala rayonunda  vətəndaşları qəbul edib

Sentyabrın 22-də Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev  Zaqatala rayonunda həmin rayon qeydiyyatında olan sakinləri qəbul edib.

Zaqatala rayon Heydər Əliyev Mərkəzində keçirilən qəbulda 26 vətəndaş iştirak edib. Daha çox işlə təmin olunma, əmək müqaviləsinin uzadılması, dərs yükünün  bölgüsü, iş yerinin yerdəyişməsi və digər mövzulara bağlı müraciət edilib.

Vətəndaşların etdikləri müraciət, şikayət və təkliflər qeydiyyata alınıb. Onların bir qismi yerindəcə həllini tapıb, digər məsələlərin həlli istiqamətində isə müvafiq göstərişlər verilib.

Qeyd edirik ki, Şəki-Zaqatala Regional Təhsil İdarəsinə aid olan rayonlar üzrə vətəndaşlarla görüşlər davamlı olaraq keçiriləcək.


Açar sözlər: