21.09.2022

"21 sentyabr- Beynəlxalq Sülh Günü"nə həsr olunan tədbirlər keçirilib

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində "21 sentyabr- Beynəlxalq Sülh Günü"nə həsr olunan tədbirlər keçirilib.

Tədbirlərdə qeyd olunub ki, Beynəlxalq Sülh Günü Birləşmiş Millətlər Təşkilatının 30 noyabr 1981-ci ildəki qərarı ilə bütün dünyada qeyd olunur. Dünyanın 192 ölkəsi yekdil olaraq bu qərarın lehinə səs verib. Bildirilib ki, 30 ildən artıq Ermənistanın işğalçılıq və terrorçuluq siyasətindən əziyyət çəkən Azərbaycan 2020-ci il 44 günlük Vətən müharibəsi ilə regionda sülhün təminatçısına çevrilib.

Sonda şagirdlərin təqdimatında Beynəlxalq Sülh Gününə həsr olunmuş şeirlər dinlənilib, əl işləri və rəsmlərdən ibarət sərgiyə baxış keçirilib.


Açar sözlər: ,  ,  ,