15.09.2022

Oğuz rayonu Xaçmaz kənd M.F.Axundov adına 1 nömrəli tam orta məktəb üçün əsaslı təmir olunmuş tədris binasının açılış mərasimi keçirilib

Sentyabrın 15-də Oğuz rayonu Xaçmaz kənd M.F.Axundov adına 1 nömrəli tam orta məktəb üçün əsaslı təmir olunmuş tədris binasının açılış mərasimi keçirilib.

Açılış mərasimində Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev, Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdir müavini Günay Mahmudova, Şəki-Zaqatala Regional Təhsil İdarəsi Oğuz rayonu üzrə təhsil sektorunun müdiri Sərdar Nəbiyev, məktəbin direktoru Eyvaz Hacıyev,müəllim və şagird kollektivi iştirak edib.

Bildirilib ki, 624 şagird yerlik tədris binasında 18 sinif otağı, kimya, biologiya, fizika kabinet və laboratoriyaları, informatika, gənclərin çağırışaqədərki hazırlıq və 2 texnologiya kabineti, məktəbəhazırlıq otağı, kitabxana və kompüterlərlə təchiz olunmuş oxu zalı, 120 nəfərlik akt zalı, qarderob, idman zalı, 120 nəfərlik bufet şagirdlərin istifadəsinə verilib.

 


Açar sözlər: ,