Sentyabrın 1-də Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev Oğuz və Qəbələ rayon sakinlərini qəbul edib.
Keçirilən qəbulda 46 vətəndaş iştirak edib. Daha çox işlə təmin olunma, əmək müqaviləsinin uzadılması və digər mövzulara bağlı müraciət edilib.
Vətəndaşların etdikləri müraciət, şikayət və təkliflər qeydiyyata alınıb. Onların bir qismi yerindəcə həllini tapıb, digər məsələlərin həlli istiqamətində isə müvafiq göstərişlər verilib.
Qeyd edirik ki, Şəki-Zaqatala Regional Təhsil İdarəsinə aid olan rayonlar üzrə vətəndaşlarla görüşlər davamlı olaraq keçiriləcəkdir.