Sentyabrın 1- də Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev Qəbələ rayon ümumtəhsil məktəblərinin direktorları ilə görüş keçirilib.
Tədbirdə Şəki -Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, İdarənin Tədrisin keyfiyyəti sektorunun müdiri Bəhruz Nəbili, Qəbələ rayon üzrə Təhsil sektorunun müdiri Arifə Bayramova və rayon ümumtəhsil məktəblərinin direktorları iştirak edib.
Görüşdə yeni tədris ilinə hazırlıq, görüləcək işlər, qarşıda duran əsas məsələlər müzakirə olunub.
Sonda məktəb direktorlarını maraqlandıran suallar cavablandırılıb.