12.08.2022

“Yol hərəkəti qaydalarını uşaqlara necə öyrədək” mövzusunda maarifləndirici tədbir keçirilib

Şəki şəhər 8 və 9 nömrəli uşaq bağçalarında “Yol hərəkəti qaydalarını uşaqlara necə öyrədək” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev, bağça müəllimləri və uşaqlar iştirak ediblər.

Maarifləndirici tədbirin keçirilməsində məqsəd təhlükəsiz davranış qaydalarını öyrənmək, uşaqların yol hərəkəti qaydaları barədə bilik səviyyəsini və ona əməl etmək bacarıqlarını nümayiş etdirməkdən ibarətdir.

Çıxış edənlər yol hərəkəti qaydalarını kiçik yaşlarından öyrənməyin və buna əməl olunmasının vacibliyi vurğulanıb. Həmçinin yol hərəkət nişanlarının, işıqforun, piyada keçidlərinin həyatımızdakı önəmindən və onlara düzgün əməl olunması haqqında məlumat verilib.

Tədbir zamanı uşaqlar öz bacarıqlarını nümayiş etdirib, yol nişanları, svetofor barədə şer və mahnılar səsləndiriblər.


Açar sözlər: ,  ,