22.08.2022

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində olan 13 məktəb üçün yeni bina tikilir

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində işlər davam etdirilir. Hazırda idarənin tabeliyindəki 13 məktəb üçün yeni bina tikilir. Bu məktəblərdən birinin – Balakən rayonunun Yeni Şərif kənd tam orta məktəbi üçün inşa edilən yeni binanın sentyabrın 15-də istifadəyə verilməsi nəzərdə tutulur.

Hazırda Regional İdarənin tabeliyində olan ümumtəhsil məktəblərindən təmirə ehtiyacı olan 39-unda cari təmir işləri aparılır. O cümlədən Qəbələ rayonu üzrə 11, Şəki rayonu üzrə 9, Qax rayonu üzrə 9, Zaqatala rayonu üzrə 4, Oğuz rayonu üzrə 4 və Balakən rayonu üzrə 2 məktəbdə cari təmir işləri aparılır. Təmir işlərinin yeni tədris ilində yekunlaşması nəzərdə tutulur.


Açar sözlər: