27.07.2022

Müsahibə mərhələsinə start verilir

Şagird sayı 500-dək olan ümümi təhsil müəssisələrinə Direktorların işə Qəbulu Müsabiqəsinin test imtahanı mərhələsində uğur qazanmış və birbaşa müsahibə mərhələsinə dəvət olunan namizədlərin müsahibə mərhələsinə 28 iyul 2022- ci il saat 09:00-dan başlayaraq start veriləcək.

Müsahibə Şəki-Zaqatala Regional Təhsil İdarəsində (Ünvan: Şəki şəhəri, Zərifə Əliyeva 86) müvafiq komisiya tərəfindən aparılacaq.

Müsahibəyə dəvət olunan namizədlərə müsahibənin tarixi və başlanma saatı barədə məlumat 27 iyul 2022-ci il tarixindən başlayaraq mərhələli şəkildə SMS vasitəsilə mobil nömrələrinə göndəriləcəkdir.

Qeyd edək ki, müsabiqənin test mərhələsində uğur qazanmayan namizədlərin topladığı bal haqqında məlumat da SMS vasitəsilə mobil nömrələrinə göndəriləcək.


Açar sözlər: ,  ,